Non bis in idem

Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir.[1] Prinsip Roma mülki hüququnda formalaşmışdır.[2] Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir[3] (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir.

  1. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN QƏRARI". 2018-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  2. Buckland, W.W. A Text-book of Roman Law from Augustus to Justinian (3). Cambridge: Cambridge UP. 1963. 695–6.
  3. For example, see A.P. v Italy, UN HRC CCPR/C/31/D/204/1986

Developed by StudentB